ABŞ-ın 3 ştatını təsir edən qasırğada 2 nəfər ölüb


ABŞ-ın qərbindəki Ohayo, Kentukki və İndiana ştatlarını vuran qasırğa nəticəsində iki nəfər ölüb, onlarla yaşayış evi dağılıb.



ABŞ-ın Ohayo ştatının rəsmiləri Bellefonteyn şəhərində fırtına nəticəsində 2 nəfərin öldüyünü, çox sayda insanın isə ağır yaralandığını bildirib.

Səlahiyyətlilər əyalətin Plimut şəhərində bəzi yaşayış evlərinin də fırtına səbəbindən zərər gördüyünü bildirib.

Kentukki qubernatoru Endi Beşar qeyd edib ki, Trimble qraflığının Milton şəhərində 100-dən çox tikili zədələnib.

İndiana Ştat Polisindən verilən açıqlamada, Vinçester şəhərində fırtına səbəbiylə çox sayda insanın yaralandığı və xalis zərərin müəyyən edilməsi üçün işlərin davam etdiyi bildirilib.

Kolorado ştatında qar fırtınası səbəbindən uçuşlar təxirə salınıb, əlverişsiz hava şəraiti elektrik enerjisinin kəsilməsinə və bəzi əsas yolların bağlanmasına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu