İtaliyada əlverişsiz hava şəraiti səbəbindən 3 nəfər ölüb


İtaliyada əlverişsiz hava şəraiti səbəbindən 3 nəfər ölüb, 7 nəfər itkin düşüb.



Bütün ölkəyə təsir edən yağışlı və güclü küləkli hava xüsusilə Toskana və Veneto bölgələrində sel və daşqınlara səbəb olub.

Toskana Regional Hökumətinin sədri Eugenio Giani verdiyi açıqlamada, dünən gecə Montemurlo qəsəbəsində biri qadın olmaqla 84 və 85 yaşlı iki nəfərin, Livornodakı Rosignano qəsəbəsində isə bir nəfərin öldüyünü bildirib.

Giani ictimaiyyəti evdən çıxmamağa çağırıb və bölgədə vəziyyətin ciddi olduğunu vurğulayaraq "fövqəladə vəziyyət" elan edib.

Giani, bölgələrindən axan Bisenzio çayının leysan yağışlar səbəbiylə daşdığını və xüsusilə Seano, Quarrata və Campi Bisenzio qəsəbələrinə kömək üçün gəmilər göndərdiklərini qeyd edib.

İtaliya mətbuatında yer alan xəbərlərdə 1-i Veneto, 6-sı Toskana bölgəsində əlverişsiz hava şəraiti səbəbiylə cəmi 7 nəfərin itkin düşdüyü bildirilir.

Əlverişsiz hava şəraitindən ən çox təsirlənən bölgə olan Toskana ilə Elba adası arasındakı bərə reysləri də güclü külək səbəbindən təxirə salınıb.

Toskanada 40 min nəfərə elektrik enerjisinin verilmədiyi də bildirilib.

Bisenzio çayının daşması səbəbindən bölgədə bir çox kənd təsərrüfatı sahələri və yaşayış məntəqələri su altında qalıb, Prato və Pistoia şəhərləri arasında dəmir yolu əlaqəsi də dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu