İtaliyada tikilməkdə olan binanın uçması nəticəsində azı 2 nəfər ölüb


İtaliyanın Florensiya şəhərində tikilməkdə olan binanın uçması nəticəsində ən azı 2 işçi həyatını itirib.



İtaliya yanğınsöndürmə briqadasının məlumatına görə, səhər saatlarında Florensiyanın Mariti küçəsindəki supermarketin tikinti sahəsi çöküb.

İlkin məlumata görə, tikintidə çalışan 2 işçi həyatını itirib.

Florensiyanın yerləşdiyi Toskana Bölgəsinin Regional İcra Başçısı Eugenio Giani açıqlamasında hadisə zamanı tikintidə 8 nəfərin olduğunu bildirib

Yanğınsöndürmə qrupları axtarış-xilasetmə itləri ilə işçilərin tapılması istiqamətində işləri davam etdirdiyi qeyd edilib.

Florensiyanın meri Dario Nardella şəhərdə sabah üçün matəm elan edib.

Hadisə şahidləri çökmə anını bomba partlamasına bənzəyən çox yüksək səs kimi təsvir ediblər.

Baş nazir Giorgia Meloni də həyatını itirənlər üçün başsağlığı mesajı verib və hadisələri yaxından izlədiyini bildirib.

İşçilərin ölümlərinə etiraz etmək üçün Toskana Bölgəsindəki bəzi həmkarlar ittifaqlarının şöbələri bugünkü növbələrin son 2 saatında təcili tətil etmək qərarına gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu