Misirdə binanın uçması nəticəsində ölənlərin sayı 9-a çatıb


Misirin paytaxtı Qahirədə binanın uçması nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.


Misirdə çıxan Əl-Əhram qəzetinin xəbərinə görə, Qahirənin şimalındakı Hadaik əl-Kubbe bölgəsində 4 mərtəbəli binanın çökdüyü xəbərini alan mülki müdafiə qrupları axtarış-xilasetmə işləri üçün hadisə yerinə gəlib. Mülki müdafiə qrupları indiyədək 9 nəfərin meyitini binanın dağıntıları altından çıxara bilib, 4 nəfər isə yaralanıb.

Dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu