ABŞ-da çökmüş binanın dağıntıları altından 60 meyit çıxarılıb, 80 nəfərin aqibəti bəlli deyil


ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində çökmüş yaşayış binasının dağıntıları altından çıxarılan meyitlərin sayı 60-a çatıb.


Bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava brifinq zamanı bildirib.

“Dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxardıq, indiyədək çıxarılmış meyitlərin sayı 60-a çatıb. 80 nəfərin aqibəti isə hələ də bəlli deyil”, - deyə o vurğulayıb.

Axtarış-xilasetmə tədbirləri davam edir.

Qeyd edək ki, 12 mərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. İlk gün ərzində dağıntılar altından 37 nəfər sağ çıxarılıb.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu