Türkiyədə bina çöküb, dağıntılar altından 13 nəfər çıxarılıb - YENİLƏNİB


Türkiyənin şərqindəki Malatya şəhərində çökən köhnə binanın dağıntıları altından daha 2 nəfər çıxarılıb.


"Report" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Bununla da dağıntılar altından çıxarılan yaralıların sayı 13-ə çatıb.

***

Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, dağıntılar altından 11 nəfər yaralı halda çıxarılıb.

Malatya Jurnalistlər Cəmiyyətinin sədr müavini Mikayıl Pelik bildirib ki, binanın birinci mərtəbəsində restoran, yuxarıda isə qəhvəxana yerləşir.

İnönü küçəsində yerləşən köhnə tikilinin naməlum səbəbdən uçduğu deyilir.

Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu