Uçan binanın dağıntıları altında qalan 2 nəfər ölüb


Kubanın paytaxtı Havanada tarixi binanın uçması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.


Havananın tarixi mərkəzində yerləşən və bir müddət əvvəl çatlar olan bina insanlar evakuasiya edilərkən uçub.

Hadisə zamanı dağıntılar altında qalan 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Özfəaliyyət qrupları dağıntılar altında qaldığı güman edilən bir şəxsi tapmaq üçün detektor itlərinin dəstəyi ilə axtarış işlərinə davam edir.

Kuba Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamada binada çatlar əmələ gəldikdən sonra təxliyyənin aparıldığı, lakin çökmə zamanı bəzi insanların dağıntılar altında qaldığı bildirilib.

Uçmuş binanın yaxınlığında yerləşən məktəbin şagirdləri də ehtiyat tədbiri olaraq başqa məktəblərə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu