İsrail UNRWA-nın toxunulmazlığını ləğv edən qanun layihəsini təsdiqləyib


İsrail parlamenti ilkin səsvermədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) toxunulmazlığını və imtiyazlarını ləğv edən qanun layihəsini təsdiqləyib.



Parlamentdən verilən açıqlamada, "Birinci səsvermədə Knesset (İsrail Assambleyası) Baş Assambleyası 2024-cü il üçün BMT-nin Toxunulmazlıq və İmtiyazlar Fərmanına (UNRWA-nın toxunulmazlıq və imtiyazlarının ləğvi) dəyişiklik edilməsi təklifini təsdiqlədi" ifadələri işlədilib.

Bəyanatda qeyd olunub ki, 120 deputatdan 58-i layihənin lehinə, 6-sı isə əleyhinə səs verib.

Bəyanatda o da vurğulanıb ki, sözügedən qanun layihəsi Xarici İşlər Nazirinin bu toxunulmazlığı təmin edən qanuni sərəncamı ləğv etməsini nəzərdə tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu