Kolumbiyada öküz döyüşü qadağan edilib
Kolumbiyada mübahisələrə səbəb olan öküz döyüşünü qadağan edən qanun layihəsi Konqresdə səs çoxluğu ilə qəbul edilib.
Korridanın qadağan edilməsini, öküzlərin sahibləndirilməsini, öküz güləşi meydançalarının istirahət, idman və mədəniyyət sahəsi kimi istifadəsini nəzərdə tutan qanun layihəsi 2 əleyhinə 93 səslə qəbul edilib.
Bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X sosial media platformasında məlumat verib.
Qanun layihəsi Petronun təsdiqindən sonra 2027-ci ildə qüvvəyə minəcək.