Nyu-Yorkda “artıq çəki ayrı-seçkiliyi” cinayət hesab ediləcək


ABŞ-ın Nyu-York Şəhər Şurası dünən səsvermə yolu ilə artıq çəkiyə görə ayrı-seçkiliyi qadağan edən qanun layihəsini qəbul edib. Qanun layihəsi Mer tərəfindən təsdiqlənərsə, işə qəbul, mənzil, ictimai yaşayış və restoranlarda insanın boyu və çəkisinə görə ayrı-seçkilik qadağan ediləcək.


AFN.az xəbər verir ki, Nyu-York Şəhər Şurası işdə, mənzildə və ictimai yaşayış yerlərində insanın boyu və çəkisinə görə ayrı-seçkiliyi qadağan edən qanun layihəsinin qəbuluna səs verib.

Qanun layihəsi səsə qoyulmazdan əvvəl keçirilən ictimai müzakirələrdə söz alanlar restoran və teatrlarda oturmaqda çətinlik çəkdiklərini, ev sahibləri tərəfindən rədd edildiyini, karyeralarında irəliləyə bilmədiklərini vurğulayıblar. Bildirilib ki, qanun layihəsi bu ay Nyu-York meri tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu