Vəzifəli şəxs ehtiyatsızlıqdan özünü güllələdi
Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb.
Hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb.
Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranması zamanı baş verib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, S. Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.