Fatimə Mövlamlı və Nicat Ismayıl sərbəst buraxıldı - YENİLƏNİB

Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan şəxslər sərbəst buraxılıblar.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.
****
Bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report”a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.
"İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - məlumatda deyilir.