Bərdənin 5 kəndində yas mərasimləri aşkarlandı
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun 5 kəndində sanitar-epidemioloji normaları pozaraq yas mərasimləri təşkil edən şəxslər müəyyən edilib.
Qayda pozuntusuna yol verən ümumilikdə 24 nəfər barəsində inzibati qaydada protokollar tərtib edilib.