Ağcabədidə ad günü məclisi təşkil edənlər cərimələndi
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisindəki kafelərin birində karantin qaydalarına zidd olaraq ad günü məclisi təşkil edən şəxslər müəyyən edilib.
Obyektin sahibi də daxil olmaqla, ümumilikdə, 17 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.