BMT: Qəzzada itirməyə vaxt yoxdur


Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi Xüsusi Koordinatoru Tor Vennesland Qəzzada vəziyyətin getdikcə çıxılmaza girdiyini deyib.


"Artıq itirməyə vaxt yoxdur" deyən koordinator dərhal atəşkəs və məhbusların azad edilməsi üçün razılaşmaya çağırıb. Vennesland BMT Təhlükəsizlik Şurasında keçirilən İsrail-Fələstin sessiyasında üzv ölkələri məlumatlandırıb.

Razılaşma üzrə danışıqların hazırda əngəlləndiyini qeyd edən Vennesland, İsrail Rəfahda quru əməliyyatını genişləndirdikcə, dağıntıların daha da artdığını bildirib: "Tərəfləri vicdanla danışıqlar masasına qayıtmağa çağırıram. Atəşkəs və məhbusların azad edilməsi üçün təcili razılığın əldə edilməsi vacibdir".

O, BMT-nin bütün tərəflərlə təmasda olduğunu və razılığa gəlmək üçün dəstəyini davam etdirəcəyini deyib: "İsrailin Qəzzada uzunmüddətli hərbi varlığının olmaması lazımdır".

Vennesland bildirib ki, dağıntının miqyası çox böyükdür və hesablamalara görə, əsas infrastruktura dəyən ziyanın dəyəri 18,5 milyard dollara çatır. Lakin real rəqəm bundan qat-qat yüksək olacaq: "Yenidənqurma üçün hazırlıqlar görülməlidir. Əks halda regional risk gündən-günə artır".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu