Netanyahu: HƏMAS-la məhbusların azad edilməsi ilə bağlı heç bir razılaşma yoxdur


İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada HƏMAS yaraqlıları tərəfindən əsir götürülən insanların azad edilməsi ilə bağlı gözlənilən razılaşmanın əldə olunması ilə bağlı razılığın olmadığını deyib.


AFN.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

İsrailin baş naziri “azırda heç bir razılaşma olmadığını və məhbusların azad edilməsi ilə bağlı çoxlu yanlış məlumatların olduğunu bildirib.
“Aydınlıq gətirmək istərdim: hazırda heç bir razılaşma yoxdur. Amma söz vermək istəyirəm: deyəcək sözümüz olanda bu barədə sizə məlumat verəcəyik” - deyə o bildirib.

"Reuters" xəbər agentliyi HƏMAS-ın müharibədə üç günlük fasilə müqabilində 50 məhbusun azad edilməsi ilə bağlı razılığa gəldiyini bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu