Dəmir məftildə ilişib qalan qonur ayı belə xilas edildi - VİDEO


Türkiyədə məftilə ilişən qonur ayıxilasedici qruplar tərəfindən qurtarılıb.


AFN.az xəbər verir ki, ayının qurtarılma anı videoya çəkilib və böyük amraqla qarşılanıb. Belə ki, Trabzonun Maçka rayonu, Bahçekaya məhəlləsində meşəlik ərazidən yol kənarına enən qonur ayı ağaca bağlanan dəmir məftilə ilişib. Ayının məftillərə ilişdiyini görən vətəndaşlar vəziyyəti bələdiyyəyə çatdırıblar. Bölgəyə gələn Ortahisar Bələdiyyəsi Baytarlıq İşləri Müdirliyi qrupları tərəfindən xilasetmə işlərinə başlanılıb. Ayı qruplar tərəfindən narkotik iynələri ilə sakitləşdirilib. Sakitləşdirildikdən sonra ayı bağlandığı məftildən xilas edilib və baytar tərəfindən müayinə olunub.

Ortahisar Bələdiyyəsi Baytarlıq İşləri Müdiri Lütfi Aydın və Baytar Həkim Əhməd Közün köməkliyi ilə xilas edilən qonur ayı daha sonra məhəllə sakinlərinin köməkliyi ilə yük maşını qutusunda aparılaraq təbiətə buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu