Türk fotoqrafın möhtəşəm işi və müqəddəs arzusu - FOTOLAR


Türkiyədə yaşayan quş növlərini fotoaparatın yaddaşına köçürən təbiət və vəhşi təbiət fotoqrafı Mustafa Aslanın məqsədi bütün növləri görüntüləməkdir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Türkiyənin bir çox fərqli nöqtələrindən təbiət və vəhşi təbiətdən çəkdirdiyi fotoşəkillərlə diqqət çəkməyi bacaran fotoqraf ölkədə müşahidə edilən 500 fərqli quş növünün 350-dən çoxunun şəklini çəkməyi bacarıb.

İnsanlar tərəfindən çox tanınmayan quş növlərini nümayiş etdirən Aslanın məqsədi bütün növləri nümayiş etdirərək Türkiyənin vəhşi təbiətini dünyaya tanıtmaqdır.

Mustafa Aslan Afrikada yaşayan bir quş növü ilə zaman-zaman Sivasda və ya başqa bir şəhərdə rastlaşdığını deyir. "Hər kəs mənim sevimli quşum nədir və ən çox hansı quşu çəkməkdən zövq aldığım barədə suallar verir. Amma buna birmənalı cavab verə bilmərəm. Çünki o an nə çəkirəmsə, qarşımda olanı sevirəm" - deyə fotoqraf işindən aldığı zövqü paylaşıb.

M.Aslan deyir ki, bütün quşlar onun üçün xüsusidir: "Hər birinin fərqli mənası və fərqli hekayələri var. Quşları müşahidə etməyin ən yaxşı tərəflərindən biri də odur ki, siz getməsəniz belə, onlar sizə gəlirlər. Zaman-zaman Afrikada olan quşları Sivas, Tunceli, Yozgat kimi müxtəlif şəhərlərdə görmək olar. Bu, çox dəyərli bir şeydir".

Daha əvvəl çəkilməmiş sənədli filmlər çəkmək planlaşdırdığını deyən M.Aslan bildirib ki, meydana çıxaracağı ekran işinin bu günə qədər Türkiyədə çəkilməmiş olmasını istəyir: "Fikrimdə müxtəlif sənədli layihələr var. Bu sənədli filmlərlə təbiətimizi əvvəlcə Türkiyədəki insanlara, sonra isə bütün dünyaya tanıtmaq istəyirəm. Çünki qorumaq üçün bilmək lazımdır. Və mən heyvanlar və insanlar arasında bu tanınmada vasitəçilik etmək istəyirəm. Həm Türkiyədən, həm də xaricdən çox yaxşı maraq görürəm. Çəkdiyim görüntülər hər kəsi cəlb edir. Çəkdiyim heyvanların davranışı qlobaldır və dünyanın hər yerindən insanlar mənə mesaj göndərirlər. Türkiyənin vəhşi təbiətini bütün dünyaya belə tanıdıram".
































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu