ABŞ-da fil məzarlığı aşkarlanıb: 6 milyon il yaşı var - FOTOLAR


ABŞ-ın Florida ştatında təxminən 6 milyon illik "fil qəbiristanlığı" aşkar edilib.


"Planeta Today" xəbər verir ki, tarixdən əvvəlki çayın kənarında nəhəng sümüklərlə dolu qədim "fil qəbiristanlığı" aşkar edilib.

Alimlərin fikrincə, yetkin heyvanın qalıqlarının hündürlüyü 2,4 metrə çatır, kəllə və dişlərinin uzunluğu isə 2,7 metrdən çoxdur ki, bu da təxminən müasir Afrika filinin ölçüsünə bərabərdir.

Tədqiqatçılar güman edirlər ki, heyvanlar hamısı birdən ölməyib, onların ölümləri arasında hətta yüz illərlə fərq olub. Yəni bura fillərin yüz illərlə məzarlığı olub. Heyvanlar ölümlərinin yaxınlaşdığını hiss etdikdə gəlib məhz burada ölüblər.

Yeni kəşf elm adamlarına bu qədim canlının həyatını və yaşadıqları mühiti daha yaxşı anlamağa kömək edəcək.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu