Hindistanda qəribə toy: eyni vaxtda 2143 cütlük evlənir


Hər zaman qəribə adət-ənənələri və qəribə hadisələri ilə gündəmə gələn Hindistan bu dəfə də təəccübləndirib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda eyni gündə 2143 hindu və müsəlman toyu olub.


Kütləviliyə səbəb toy mərasimlərinin kasıblar üçün düzənlənməsidir. Cütlüklərin evləndiyi kütləvi toy təşkil edilib və tədbir 6 saat davam edib. Bu toy həm də Ginnesin Rekordlar Kitabına düşüb.

Hər bir cütlük yerli məmurlardan xeyir-dua və hədiyyələr alıb. Hədiyyələri zinət əşyaları, yataq dəstləri, qab-qacaq, televizor və soyuducu təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu