Stüardessa keçmiş sevgilisinin yeni sevgilisi ilə Mayamiyə uçmasına mane olmaq üçün görün nə etdi


"Aerolíneas Argentinas" şirkətinin stüardessası bomba yerləşdirməklə hədələdiyi üçün həbs edilib.


AFN.a xarici mediaya istinadən xəbər verir ki, qadın bu yolla keçmiş sevgilisinin yeni sevgilisi ilə Mayamiyə uçmasının qarşısını almağa çalışıb.

Daniela Karbone təyyarənin Argentinanın paytaxtı Buenos-Ayresdən Mayamiyə qalxması nəzərdə tutulandan dərhal əvvəl partlayış barədə məlumat verib. O, bunun üçün qızının mobil telefonundan və səsi təhrif edən proqramdan istifadə edib.

"Kapitana deyin ki, Mayamidə üç bomba yerləşdirdik. Siyasətə qarışmağı dayandırın və təyyarəni yoxlayın, çünki o, min parçaya parçalanacaq", - deyə qadın bildirib.

Təyyarənin göyərtəsində olan 270 sərnişin təyyarədən təxliyə edilməli olub. Karbonun Picho kimi tanınan keçmiş sevgilisi və indiki sevgilisi də stüardessa işləyirmiş.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu