Qaranlıq səmaları Əkizlər meteor yağışı işıqlandıracaq


İlin ən yaxşısı kimi tanınan Əkizlər meteor yağışı sabah zirvəyə çatacaq və qaranlıq səmanı işıqlandıracaq.


ABŞ Kosmik və Aviasiya Agentliyi (NASA) verdiyi açıqlamada meteorların müəyyən bir istiqamətdən gəlmədiyi üçün dünyanın istənilən yerindən izlənilə biləcəyini bildirib.

NASA ilin ən yaxşısı olaraq bilinən Geminid meteor yağışının sabah zirvəsinə çatacağını bildirərək, yağışın pik nöqtəsində saatda 60-120 meteorun görünə biləcəyini qeyd edib.

Mütəxəssislər meteor yağışını səmanın aydın olduğu və işıq çirklənməsinin olmadığı nöqtələrdən izlənilə biləcəyini bildiriblər.

Greenviç Rəsədxanası da Əkizlərin rənglərinə görə fərqli olduğuna diqqət çəkərək rənglərinin ağ, sarı yaşıl, qırmızı və ya mavi ola biləcəyini açıqlayıb.

Əkizlər 3200 Phaethon adlı zəif kometanın günəş ətrafında fırlanarkən geridə qoyduğu qaya parçaları nəticəsində əmələ gəlir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu