Avstraliyada çimərliklərə paketlərlə kokain axdı


Avstraliyanın Sidney və Nyukasl şəhərləri arasındakı çimərliklərdə midyə formalı kokain paketləri tapılıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, ilk paketlər görünəndən sonra polis əhaliyə xəbərdarlıq edib. İlk öncə azı 7 belə paket tapılıb.

Ştat polisi Sidney və Nyukasl arasındakı çimərliklərə kokain olduğuna şübhə edilən bağlamaların gəldiyi barədə ictimaiyyətə xəbərdarlıq edib.

Sahildə yuyulmuş yeddi bağlama tapdıqdan sonra polis heç kimin bunları açmaması və çimərlikdən çıxarmaması haqda məlumat verib.

Hadisə yeri müəyyənləşdirildikdən və ərazidə hərtərəfli axtarış aparıldıqdan sonra daha üç bağlama aşkar edilib.

"Bütün bağlamalar əlavə müayinə üçün məhkəmə tibb müəssisəsinə göndərilib" - deyə yerli polisdən bildirilib.

Müstəntiqlər oxşar paketləri görən hər kəsi yerli polislə əlaqə saxlamağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu