Yeni "Survivor"un ilk bölümündə dava düşdü - VİDEO


Yanvarın 1-də nümayiş olunacaq “Survivor All Star 2024”ün ilk treyleri yayımlanıb.


Ölkə.Az xəbər verir ki, yarışdan əvvəl sosial media hesabında tez-tez rəqiblərini qorxudan Turabi ilk oyunda Poyrazla mübahisə edib.

Poyraz Turabinin həftələrlə etdiyi paylaşımları xatırladıb.

“Bu adam 2 aydır, bütün hörmətsizliyi edir. Çempionsansa hörmətli olacaqsan. Səni ağladacağam".

Qəzəblənən Turabi "Əmziyini gətirmişəm. Danışma. Hörmət öyrədəcək son adamsan" deyib.

Daha sonra o, Poyraza doğru qaçmağa başlayıb. İştirakçılar araya girərək Turabinin qarşısını alıblar.

Gərginlikdən sonra çıxış edən Acun Ilıcalı xüsusilə Turabiyə xəbərdarlıq edərək “Survivorda qırmızı həyəcan verirəm” deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu