Texaslılar 43 mindən çox "meymun qonşuya" etiraza başlayıb


ABŞ-ın Texas ştatında insanlar evlərinin yaxınlığında 43 mindən çox primatın yerləşəcəyi nəhəng heyvan sınaq laboratoriyası və tədqiqat mərkəzi tikmək planlarına qarşı etiraza başlayıblar.



Charles River Laboratories biotibbi firması Hyuston şəhərindəki Brazoriya qraflığında iki kvadrat mil torpaq satın alıb. Şirkət burada inşa edəcəyi obyektə təxminən 43 200 meymun yerləşdirməyi planlaşdırır.

Baş ofisi Massaçusets ştatında yerləşən biotibbi şirkət tədqiqat üçün dərman şirkətlərinə, universitetlərə və biotexnologiya şirkətlərinə meymun satır.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, şirkətin 6 ştatda cəmi 19 min meymunun saxlanıldığı özəl obyektləri var.

Bununla belə, şirkətin açmağı planlaşdırdığı yeni obyekt, torpağın dəyərini aşağı salacağı və epidemiyaya səbəb olacağı narahatlığı ilə yerli sakinlərin etirazına səbəb olub.

Biotibbi tədqiqatların ayrılmaz hissəsi olan primatlar xəstəliklərin başa düşülməsində, dərmanların hazırlanmasında və hətta COVID-19 peyvəndlərinin sınaqdan keçirilməsində mühüm rol oynamışdır.

Lakin onun potensial yeni qonşuları iddia edirlər ki, xəstəliyin yayılması və tullantıların idarə olunması ilə bağlı narahatlıqlar da daxil olmaqla, real risklər elmi nailiyyətlərin faydalarından üstündür.

Bölgə sakinləri sentyabr ayında Hyuston Zooparkı və Heyvanlarla Etik Müalicə üzrə PETA ilə əlaqə saxlayıb, şirkətin layihəsinə etiraz ediblər.

PETA yerli sakinlər və rəsmilər də daxil olmaqla 4 mindən çox insana şirkətin obyekt layihəsinə icazə verməmələrini xahiş edən mesaj göndərib.

PETA-dan Lisa Cons-Engel belə bir obyektin epidemiya riski ilə yanaşı, istehsal edəcəyi tullantılarla su ehtiyatlarını və torpağı da çirkləndirəcəyini bildirilib.

Bunun üzərinə Brazoria County məhkəməsi Texas əyalətinə və müxtəlif federal təşkilatlara şirkətin obyekt layihəsinə icazə verilməməsini tələb edən məktub göndərib. Hüquqi proses davam edir.

Mənbə: Independent, Daily Mail



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu