Dünyaya Zaparojye təhdidi davam edir- Ruslar stansiyaya yaxın şəhəri BOMBALADI


Rusiya Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına çox yaxın olan Nikopol şəhərini bombalayıb.



AFN xəbər verir ki, Nikopol vilayətinin qubernatoru Valentin Rezniçenko Telegram hesabından verdiyi açıqlamada şəhərin iki fərqli yerində 5 partlayışın baş verdiyini bildirib.

Ölən və yaralananların olmadığı şəhərdə bir məktəbə ciddi ziyan dəydiyi, bir evin dağıldığı, 20-dən çox evə isə qismən ziyan dəydiyi açıqlanıb. Digər tərəfdən, hücumlar nəticəsində elektrik transformatorlarının da zədələndiyi və bu səbəbdən 2 min 200 evin elektrik enerjisinin kəsildiyi bildirilib.

Son həftələrdə dünya gündəmində olan Zaporojye Atom Elektrik Stansiyası hücumların təşkil edildiyi Nikopol şəhərindən təxminən 10-15 kilometr aralıdadır. Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi bildirib ki, Zaporojyedəki stansiyaya zərər dəyərsə, dünya ciddi fəlakətlə üz-üzə qalacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu