Rosatom: Zaporojye Atom Elektrik Stansiyasına PUA hücumları həyata keçirilib


Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası Zaporojye Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatları ilə edilən hücumlar nəticəsində 3 nəfərin yaralandığını açıqlayıb.



Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası (Rosatom) tərəfindən verilən açıqlamada səhər saatlarında Zaporojye Atom Elektrik Stansiyasına PUA hücumlarının görünməmiş intensivliyi ilə həyata keçirildiyi bildirilib.

Açıqlamada gün ərzində davam edən hücumlar nəticəsində 3 nəfərin yaralandığı, elektrik stansiyasının müxtəlif hissələrinin zədələndiyi bildirilib.

Rosatom hücumlara görə obyektdə və bölgədə radiasiya səviyyəsində heç bir dəyişiklik olmadığı qeyd edərək, Beynəlxalq Atom Enerjisi Agentliyini (IAEA) və Avropa Birliyinə təcili müdaxilə etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu