Oğlunu qəzada itirən gürcü deputat intihar edib


Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı İrakli Xaxubiya öz evində ölü tapılıb.


Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində odlu silah aşkar ediblər.

İlkin ehtimallara görə, 51 yaşlı deputat intihar edib. Hazırda faktla bağlı araşdırma aparılır.

Deputatın qohumlarının sözlərinə görə, İrakli Xaxubiyanın 21 yaşlı oğlu bir neçə il əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Oğlunun ölümündən sonra deputatın səhhətində problemlər yaranıb.

Mənbə: Sputnik Gürcüstan



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu