Gürcüstan parlamentində deputatlar dava edib


Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.


AFN.az-ın məlumatına görə, bu barədə "Sputnik Gürcüstan" xəbər verib. Bildirilir ki, insident Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin çıxışı zamanı yaranıb. Belə ki, "Aqmaşenebeli Strategiya" partiyasının lideri Giorgi Vaşadzenin "Xalqın Gücü" və hakim "Gürcü Arzusu"nun nümayəndələrinə ünvanladığı kəskin bəyanatlardan sonra vəziyyət gərginləşib.

Müxalifətlə çoxluq arasında qarşılıqlı təhqirlər Vaşadze ilə Xalqın Gücü partiyasından olan deputat Daçi Beray arasında davaya çevrilib. Onları ayırmaq yalnız həmkarların və hüquq-mühafizə işçilərinin müdaxiləsindən sonra mümkün olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu