ABŞ səfiri xanımı ilə Şuşada - FOTOLAR


ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi xanımı Danusia Libbi ilə birlikdə Şuşaya gedib.


AFN.az-ın xəbərinə görə, səfirliyin sosial media hesabında bununla bağlı edilən paylaşımda deyilir: “Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”.

Bundan əvvəl ABŞ səfiri əksinə, Şuşaya getməməklə gündəm olmuşdu. Diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri zamanı Mark Libbinin heyətdə olmaması diqqət çəkmişdi.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu