El Nino bitdi, yeni temperatur rekordları gözlənilir
2023-cü ildə başlayan El Nino hava hadisəsi sona çatıb, lakin təsirləri iyulun ortalarına qədər davam edəcəki və bu müddət ərzində yeni temperatur rekordları görülə bilər.
AFN.az xəbər verir ki, bu barədə Boğaziçi Universiteti İqlim Dəyişikliyi və Siyasətlər Tətbiq və Araşdırma Mərkəzi Müdiri Prof. Dr. Levent Kurnaz danışıb. Onun sözlərinə görə, Amerika Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatlarına görə, 2023-cü il dünyada bütün zamanların ən isti ili olaraq qeydə alınsa da, keçən ilki qlobal orta temperatur 20-ci əsrin orta göstəricisi olan 13,9 dərəcəni 1,18 dərəcə yuxarı qaldırıb. Əvvəlki ən isti il olan 2016-cı ildə bu fərq 0,15 dərəcə olub.
Alimlər bildirirlər ki, qlobal istiləşməyə səbəb olan istixana qazları emissiyaları ilə yanaşı, keçən il qırılan qlobal orta temperatur rekordunun arxasında ən mühüm amil El Nino hava hadisəsidir.
Avstraliya Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, 2023-cü ilin iyun ayında başlayan El Nino aprelin ortalarında sona çatdı və başladığı vaxtdan mayın 15-nə qədər təxminən bir il ərzində rekord isti ilə gün sayı 248 oldu.
Yanvar-fevral-mart-aprel ayları ən isti aylar kimi qeydə alınsa da, 15 aprel və 15 may tarixləri arasında temperatur rekord səviyyədə qalmağa davam etdi. El Nino bitdiyi aprelin 15-dən mayın 15-nə qədər 30 günün 17-də rekord temperaturlar yaşanıb və son 13 günün hamısında rekord temperatur qeydə alınıb.
Boğaziçi Universiteti İqlim Dəyişikliyi və Siyasətlər Tətbiq və Araşdırma Mərkəzi Müdiri Prof. Dr. Levent Kurnaz El Nino intensivliyinin ölçüldüyü və təyin olunduğu Peru sahillərindən bu yana bitdiyini bildirib.
El Ninonun təsirlərinin iyul ayının ortalarına qədər dünyada davam edəcəyini və bu müddət ərzində yeni temperatur rekordları gözlədiklərini ifadə edən Kurnaz, El Ninonun başlanmasından bu yana 11 ayın hamısında temperatur rekordlarının qırıldığını qeyd edib.
Aprel ayının sonunda dünyada böyük temperatur artımlarının olduğunu, mayın əvvəlində isə havanın soyuduğunu xatırladan Kurnaz deyib: "Bütün bu dəyişkənliklər iqlim dəyişikliyi ilə daha da güclənir. Biz bu dəyişkənliyi İstanbulda da görürük - havaların soyuması ilə. İstanbulda aprelin sonu və mayın əvvəlində hava anormal deyildi, havanın temperaturu mövsüm normalarının aşağı hədində idi, ancaq bundan əvvəlki həftələrdə 26-28 dərəcəni gördük".
Qış fəslinin illər keçdikcə daha mülayim keçməyə başladığına diqqət çəkən mütəxəssis bu səbəbdən qışın nə vaxt bitib yazın, ya da payızın nə vaxt bitib qışın başladığının çox aydın olmadığını və eyni mənzərənin Azərbaycanda da göründüyünü bildirib.