İtaliya Fələstini yalnız İsrail tərəfindən tanınandan sonra tanıya bilər


İtaliya Fələstin Dövlətinin tanınmasının tərəfdarıdır, lakin bunu yalnız İsrail tərəfindən tanındıqdan sonra mümkün hesab edir.


“Biz Fələstin dövlətinin yaranmasının tərəfdarıyıq, lakin Fələstin İsrail tərəfindən tanınmalıdır. Biz əməkdaşlıq etdiyimiz Fələstin Milli Administrasiyasını tanıyırıq”, – deyə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Aİ xarici işlər nazirlərinin toplantısı başlamazdan əvvəl deyib. “Biz Fələstini tanımaq istəyirik, lakin İsrail tərəfindən tanındıqdan sonra”, - deyə o əlavə edib.

Aprel ayında Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell Fələstinin may ayının sonuna qədər bir sıra Aİ ölkəsi tərəfindən tanınacağını açıqlamışdı. Mayın 22-də Fələstin dövlətçiliyinin tanınması ilə bağlı qərar İrlandiya, İspaniya və Norveç hakimiyyəti tərəfindən elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu