Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri görüşəcək


Avropa İttifaqı xarici işlər nazirləri bu gün Belçikanın paytaxtı Brüsseldə görüşəcəklər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, görüşün ən mühüm mövzuları Fələstin və Ukrayna məsələləridir.

İspaniya, İrlandiya və Norveçin Fələstini dövlət kimi tanıması qərarından sonra keçiriləcək ilk Aİ Xarici İşlər Nazirləri toplantısında digər ölkələrin də bu qərarı verib-verməyəcəyi maraq doğurur.

Avropa İttifaqının ali komissarı Cozef Borrellin sədrliyi ilə keçiriləcək toplantıda İsrailin Rəfaha hücumu da gündəmdə olacaq.

Avropa xarici işlər nazirləri Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər xarici işlər nazirləri ilə də görüşəcəklər.

Danışıqlar zamanı iki dövlətli həll ilə bağlı məsləhətləşmələr aparılacaq.

Səhər saatlarında başlaması gözlənilən toplantıda Ukrayna məsələsi də müzakirə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu