AB ölkələrinin xarici işlər nazirləri Türkiyə ilə qurumun münasibətlərini müzakirə edəcəklər


Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 20-də keçiriləcək toplantıda Türkiyə-Avropa İttifaqı münasibətlərini qiymətləndirəcəklər.


Brüsseldə keçiriləcək AB Xarici İşlər Nazirləri Toplantısında bir çox gündəm mövzusu ilə birlikdə ötən ayki toplantıda müzakirə edilməsi planlaşdırılan, lakin bir ay təxirə salınan Türkiyə ilə münasibətlər müzakirə olunacaq.

Adının açıqlanmasını istəməyən yüksək rütbəli AB rəsmisi Türkiyə ilə əlaqələrin İttifaq üçün ən vacib məsələlərdən biri olduğunu ifadə edərək, üzvlük prosesinin dayanmasına baxmayaraq, Türkiyənin hələ də namizəd ölkə olduğuna diqqət çəkib.

Aİ ölkələrinin liderlərinin son iclaslarında Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borreldən Türkiyə ilə bağlı hesabat hazırlamağı xahiş etdiklərini xatırladan AB rəsmisi bu hesabatla bağlı ilk fikir mübadiləsinin aparılacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu