ABŞ və Çin müdafiə nazirləri Sinqapurda ilk dəfə üz-üzə görüşəcəklər
ABŞ müdafiə naziri Lloyd Ostinin gələn həftə Sinqapurda çinli həmkarı Dong Cün ilə ilk dəfə üzbəüz görüşəcəyi bildirilir.
ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamaya görə, Ostinin mayın 31-dən iyunun 2-nədək Sinqapurda keçiriləcək beynəlxalq müdafiə forumu "Shangri-La Dialogue" çərçivəsində Donqla üz-üzə görüşəcəyi qeyd edilib.
Görüş Ostin ilə ötən ilin dekabrında bu vəzifəyə təyin edilmiş Çin naziri Donq arasında ilk üzbəüz görüş olacaq.
Pentaqonun bəyanatında görüşün mümkün məzmunu barədə məlumat verilməsə də, Ostinin Sinqapura daha sonra isə Kambocaya səfərləri ABŞ-ın Hind-Sakit okean regionunda müttəfiqləri və tərəfdaşları ilə münasibətləri inkişaf etdirmək səylərinin davamı kimi qiymətləndirilib.