Bayden Ostinin prostat xərçənginə tutulduğunu təzə öyrənib


ABŞ prezidenti Co Bayden dünən müdafiə naziri Lloyd Ostinin prostat xərçəngindən müalicə aldığını öyrənib və Ostin xəstəliyi ilə bağlı şəffaflıq müzakirələrinin bütün məsuliyyətini öz üzərinə götürüb.


AFN.az xəbər verir ki, bu barədə gündəlik mətbuat konfransında Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. O, müdafiə naziri Ostinin sağlamlıq vəziyyətini və Ağ Ev ilə Pentaqon arasında koordinasiya müzakirələrini qiymətləndirib.

Kirbi Ağ Evin yalnız yanvarın 5-də Ostinin xəstəxanaya yerləşdirildiyini və 22 dekabr 2023-cü ildə əməliyyat olunduğunu, yanvarın 1-də infeksiya səbəbiylə reanimasiyaya aparıldığını öyrəndiyini deyib.

Bundan əlavə, Kirbi Baydenin Ostinin prostat xərçəngi olduğunu ABŞ vaxtilə çərşənbə axşamı səhər öyrəndiyini və müdafiə nazirinin bu mövzuda şəffaf olması lazım olduğunu eyham edərək, bunu Ağ Evə çatdırdığını bildirib.

Bunun ideal bir vəziyyət olmadığını deyən Kirbi, Ostinin günlərlə xəstəliyini və müalicəsini rəhbərlikdən gizlətməsinin səbəbini indiki mərhələdə cavablandıra bilməyəcəyini qeyd edib.

"Bu məqamda nazir Ostin ilk bəyanatında tam məsuliyyəti öz üzərinə götürdüyünü açıq şəkildə ifadə etdi, bu vacibdir. Lakin bu səhərə qədər Ağ Evdə heç kim Ostinin prostat xərçəngi olduğunu bilmirdi və bu barədə prezidentə dərhal məlumat verildi" deyən Kirbi Pentaqonun Ostinin sağlamlıq vəziyyəti və müalicəsi ilə bağlı bütün inkişaflarla bağlı lazımi açıqlamalar verəcəyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu