ABŞ-ın müdafiə naziri reanimasiyaya yerləşdirilib


ABŞ-ın müdafiə naziri Lloyd Ostinin təkrarlanan sidik kisəsi problemi səbəbindən gütdiyi xəstəxanada reanimasiyaya yerləşdirilib.


ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamada, Uolter Rid Milli Hərbi Tibb Mərkəzinin həkimləri Ostinin səhhəti ilə bağlı məlumat paylaşıblar. Bildirilib ki, təcili sidik kisəsi problemi səbəbiylə gün ərzində xəstəxanaya yerləşdirilən Ostin aparılan analiz və qiymətləndirmələrdən sonra dəstəkləyici müalicə və yaxından izləmə üçün reanimasiya şöbəsinə köçürülüb.

Açıqlamada nazir Ostinin xəstəxanada nə qədər qalacağı ilə bağlı məlumat verilmədiyi və sidik kisəsi probleminin ümid edilən tam sağalma prosesini dəyişdirməsinin gözlənilmədiyi qeyd edilib: "Xərçəng proqnozu əladır. Nazirin səhhəti ən qısa zamanda düzələcək”.

Ötən ilin dekabrında prostat xərçəngi diaqnozu qoyulan nazir Ostin dekabrın 22-də əməliyyat olunub. Yanvarın 1-də ağırlaşmalar səbəbindən şiddətli ağrılarla xəstəxanaya yerləşdirilən Ostin reanimasiyaya aparılıb və müalicəsi yanvarın 15-dək xəstəxanada davam etdirilib. Ostin yanvarın 29-dək evdən işləməyə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu