Pentaqonun rəhbəri bu gün öz işinə qayıda bilər
![](/uploads/posts/2024-02/1707802894_lloyd-ostin-pentaqon.jpg)
ABŞ-ın müdafiə naziri Lloyd Ostin fevralın 13-də öz vəzifəsinə qayıda bilər.
Bu barədə Pentaqonun mətbuat xidməti tərəfindən yayılan Valter Rid Tibb Mərkəzinin həkimlərinin bəyanatında deyilir.
“Xəstəxanada uzun müddət qalma gözlənilmir. Nazirin 13-də öz vəzifəsinə qayıda biləcəyini gözləyirik”, - mətndə qeyd olunub.