Keniyalı atlet 10 min m məsafəyə qaçışda dünya rekordu qırıb
Keniyalı atlet Bitris Çebet "Diamond League" mərhələsində 10 min m məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.
Bu barədə mayın 25-də "Associated Press" məlumat yayıb.
Yarış ABŞ-ın Oreqon ştatının Eugene şəhərində baş tutub. Çebet yarışı 28 dəqiqə 54,14 saniyəyə qət edərək, 29 dəqiqəyə çatan ilk qadın olub.
Əvvəlki rekord 8 iyun 2021-ci ildə efiopiyalı Letesenbet Gidey tərəfindən müəyyən edilib. O zaman onun göstəricisi 29 dəqiqə 1,03 saniyə olub.
Çebetin 24 yaşı var və artıq 5000 metr məsafəyə qaçış üzrə dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Onun yayda Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə biləcəyi gözlənilir.