Gürcüstan parlamentində xarici agentlər haqqında qanunla bağlı yeni qərar

Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunun aradan qaldırılmasını təsdiqləyib.
AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Komitədə vetoya "qalib gəldik", ona görə də bu məsələ bağlandı", - deyə hüquq məsələləri üzrə komitənin rəhbəri Anri Oxanaşvili səsvermənin nəticələrilə bağlı yekun çıxışında bildirib.