Papua Yeni Qvineyada 2 min insan torpağın altında qalıb
Papua Yeni Qvineyada hökumət torpaq sürüşməsi altında qalan insanların sayının 2 mini keçdiyini açıqlayıb.
Papua Yeni Qvineya Milli Fəlakət Mərkəzindən verilən açıqlamada 2 mindən çox insanın diri-diri basdırıldığı və fəlakətin böyük dağıntılara səbəb olduğu bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) dünən verdiyi açıqlamada təbii fəlakətdə 150 evin və təxminən 670 adamın yerin altında qaldığı təxmin edildiyi qeyd olunub.
Papua Yeni Qvineyada torpaq sürüşməsi mayın 24-də ölkənin şimal-qərbində yerləşən Enqa vilayətinin Kaokalam kəndində baş verib.
Sosial şəbəkələrdə paylaşılan videolarda dağın zirvəsindən qopan qaya kütləsinin yamacdakı torpağı sürüyərək kənddəki evlərin üzərinə qalaqladığı görünür.