Papua Yeni Qvineyada Ulavun vulkanında püskürmə baş verib


Sakit okean ada ölkəsi Papua Yeni Qvineyada Ulavun vulkanında partlayış baş verib.


Yaponiya Meteorologiya Agentliyindən (JMA) verilən açıqlamada, Papua Yeni Qvineyada Ulavun vulkanında baş verən partlayışdan sonra vulkanik tüstünün 15 min metr yüksəkliyə çatdığı təxmin edildiyi bildirilib.

Açıqlamada, partlayışın sunami dalğalarının Yaponiya sahillərinə çatmasına səbəb ola biləcəyi ehtimalının nəzərə alındığı qeyd edilib.

Açıqlamada dəniz səviyyəsində heç bir "anormal artım" aşkar edilmədiyi, sahil zolağı boyunca yaşayanların xəbərdarlıqlara həssas yanaşmaları istənilib. Həmçinin mümkün sunami dalğalarının əvvəlcə paytaxt Tokionun cənub bölgəsi yaxınlığındakı İzu arxipelaqına çata biləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu