Papua Yeni Qvineyada tayfalar arasında toqquşmada ölənlərin sayı 64-ə çatıb


Papua-Yeni Qvineyanın Enqa əyalətində baş verən tayfalar arasında baş verən toqquşmaların qurbanlarının sayı 64 nəfərə çatıb.



Frans Press agentliyi fevralın 19-da polisə istinadən bu barədə məlumat yayıb.

“Papua-Yeni Qvineyada tayfalarda zorakılıq qurbanlarının sayı 64 nəfərə çatıb”, - deyə X sosial şəbəkəsində məlumat verilib.

Rəqib tayfalar arasında toqquşmaların davam etdiyi üçün polis qurbanların sayının artacağını gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu