Papua Yeni Qvineyada torpaq sürüşməsi: 100-dən çox adam ölüb


Papua Yeni Qvineyada baş verən sürüşmə nəticəsində 100-dən çox adam ölüb.


Avstraliyanın ictimai yayımı ABC-nin məlumatına görə, gecə saatlarında paytaxt Port Moresbidən 600 kilometr şimal-qərbdə yerləşən Enqa əyalətinin Kaokalam kəndində torpaq sürüşməsi baş verib.

Şahidlər torpağın altında qalmış 100-dən çox insanın öldüyünü bildirsələr də, itkilər hələ rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.

Sosial şəbəkələrdə yayılan videolarda dağın zirvəsindən qopan qaya kütləsinin yamacdakı torpağı sürüyərək kənddəki evlərin üzərinə qalaqladığı əks olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu