Papua-Yeni Qvineyada torpaq sürüşməsində 300-dən çox insanın öldüyü təxmin edilir
Papua Yeni Qvineyada baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayının 300-ü keçdiyi bildirilir.
Yerli “Post Courier” nəşrinin xəbərinə görə, Enqa vilayətində siyasətçi Aimos Akem ucqar kəndlərdə baş verən sürüşmə ilə bağlı açıqlama verib.
Akem 1182 evin torpaq altında qaldığını, 300-dən çox insanın həyatını itirdiyinin təxmin edildiyini bildirib.
Hadisə şahidləri dünən yerin altında basdırılmış 100-dən çox insanın öldüyünü bildirsələr də, itkilər hələ rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.