Argentinada soyuq hava ilə əlaqədar yerli müəssisələrə qazın verilişi dayandırılıb


Həddindən artıq soyuqla əlaqədar Argentina hökuməti yerli müəssisələrə qaz tədarükünü müvəqqəti məhdudlaşdırıb.


Bu barədə yerli mediada verilən məlumata görə, ölkənin hakimiyyət orqanları gözlənilmədən aşağı temperatur səbəbindən yüksək tələbat fonunda elektrik enerjisinin kütləvi kəsilməsinin qarşısını almaq üçün belə tədbirlər görüb. Toxuculuq və plastik məmulatların istehsalçılarına tədarük məhdudiyyətləri barədə məlumat verilib. Yanacaqdoldurma məntəqələrinə qazın verilməsi də müvəqqəti olaraq dayandırılacaq.

Argentinada təqvim qışı iyunun 21-də başlayacaq. Lakin Milli Meteorologiya Xidmətinin proqnozlarına görə, mayın 25-26-da Buenos-Ayresdə havanın temperaturu iki dərəcəyə, ölkənin cənubunda isə mənfi doqquz dərəcəyə enəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu