ABŞ-a ən aşağı temperaturlarını gətirəcək qütb soyuqları gəlir


ABŞ-da qütb soyuq havaları yaxınlaşır və qış aylarının ən soyuq günlərinin ölkənin mərkəzi bölgələrində baş verəcəyi gözlənilir.


CNN-in məlumatına görə, ölkənin mərkəzi hissələri bu gün axşam saatlarından etibarən qütb soyuğunun təsiri altında olacaq.

Havanın temperaturunun mənfi 20-30 dərəcəyə enəcəyi, güclü tufanların olacağı və bəzi ərazilərdə havanın temperaturunun mənfi 50 dərəcəyə düşəcəyi gözlənilir.

Ölkənin mərkəzi bölgələrində yaşayan 15 milyondan çox insan üçün soyuq hava xəbərdarlığı edilib. Hətta 10 dəqiqəlik soyuğa məruz qalmanın da donmaya səbəb ola biləcəyi qeyd edilib.

Bu hava dalğası ilə ölkədə qış mövsümünün ən soyuq günlərinin yaşanacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu