Yunanıstanda aşırı istilər səbəbindən işə gəliş-gediş saatları uzadılıb


Yunanıstanda həddindən artıq istilər səbəbindən bir çox qurum və təşkilatın işi dayandırılıb.


Paytaxt Afinada hava istiliyinin 43 dərəcəyə çatdığı tarixi Akropolun saat 12.00-17.00 arasında ziyarətçilərə bağlanması qərara alınıb.

Əmək Nazirliyinin qərarı ilə özəl və dövlət sektorunda çalışanları qorumaq üçün tədbir olaraq uzaqdan işləmə tövsiyə edilib.

Həddindən artıq isti ilə əlaqədar saat 12.00-17.00 arasında evlərə paket xidməti dayandırılıb.

Bir çox dövlət qurum və təşkilatlarında bugünkü təyinatlar başqa bir tarixə təxirə salınıb. Əksər qurum və təşkilatlarda işə gəliş və qayıtma saatları uzadılıb.

Meteorologiya Departamentinin məlumatına görə, bütün ölkəyə hakim olacaq "CLEON" adlı isti dalğası ilə əlaqədar paytaxt Afinada havanın temperaturu 43 dərəcəyə yüksəlib, şənbə günü isə temperaturun 44 dərəcəyə çatacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu