Nyu Yorkda Fələstinə dəstək nümayişi təşkil edənlər saxlanıb


ABŞ-da "Met Gala" tədbirinin keçirildiyi Nyu York Metropoliten İncəsənət Muzeyi yaxınlığında Fələstinə dəstək nümayişi zamanı polis bəzi etirazçıları saxlayıb.


Nyu York Polis Departamentindən verilən açıqlamada, polisin muzeyin yaxınlığında məşhurları izləmək üçün toplaşan yüzlərlə insanın təhlükəsizliyini təmin etmək üçün bölgədə olduğu bildirilib.

Muzeyin ətrafındakı küçə və parklarda toplaşan yüzlərlə insan Fələstinə dəstəklərini nümayiş etdiriblər.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, Mərkəzi Parkda toplaşan kiçik bir qrup "Qəzzaya bombalar yağarkən "Met Gala"ya yox" yazılı plakatlar qaldırıb.

Manhettendə bir küçədə toplaşan və əllərində Fələstin bayraqları olan daha böyük bir qrup Qəzza şüarları səsləndirərək İsraildən Qəzzaya hücumlarını dayandırmasını tələb ediblər.

Polis tədbirlə etirazçılar arasında boşluq yaratmaq üçün muzeyin yaxınlığında barrikada qurub və axşam saatlarında bəzi etirazçıları saxlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu