Nigerdə ​​çevriliş tərəfdarları küçələrə axışıb


Ötən gün Nigerdə ​​hərbçilər hakimiyyəti ələ keçirdikdən sonra dövlət çevrilişi tərəfdarları paytaxt Niamey və Dosso şəhərlərində nümayiş keçirib. Ölkədə ​​prezident Mohamed Bazoum hərbi çevrilişlə devrildikdən sonra çevriliş tərəfdarları küçələrə axışıb.


Niameydə Milli Assambleyanın ətrafına toplaşan yüzlərlə insan "Fransa çıxsın" və "Yaşasın Niger ordusu" şüarları səsləndirib.

Dossoda toplaşan qrup fransız əsgərlərinin dərhal ölkəni tərk etmələrini də tələb edib. Hər iki nümayişdə fəalların Rusiya bayraqları daşımaları diqqət çəkib.

Digər tərəfdən Niameydə toplaşan nümayişçilər Bazumun partiyası Niger Demokratiya və Sosializm Partiyasının (PNDS-TARAYA) qərargahını yandırıblar.

Nümayişçilər daş və çubuqlarla binanı yandırmazdan əvvəl hadisə yerində olan avtomobilləri daşqalaq ediblər. Yanğınsöndürmə briqadasının müdaxiləsinə baxmayaraq, partiya binasının böyük bir hissəsinin yararsız hala düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu